Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Ölkələr və gəmiçilik şirkətləri artan dəniz nəqliyyatı xərclərinə qarşı birgə çalışmalıdırlar

BMT dəniz yük daşımalarının təmin edilməsində ölkələri əməkdaşlığa çağırıb.

“Seanews.az” xəbər verir ki, mütəxəssislər Ukraynada baş verən hadisələrin dəniz nəqliyyatı sektorunda, xüsusən də Qara dənizdə mənfi nəticələrinə diqqət çəkiblər. "Rusiya Federasiyası və Ukraynanın kənd təsərrüfatı və ərzaq bazarlarında aparıcı rolunu, eləcə də ərzaq təhlükəsizliyi ilə yoxsulluğun azaldılması arasındakı əlaqəni nəzərə alaraq taxılla bağlı vəziyyət xüsusi narahatlıq doğurur", - deyə  BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD)  çərşənbə axşamı yayılan hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, kiçik taxıl partiyalarının daşınması və marşrutların uzadılması qiymətlərin bahalaşması ilə nəticələnir. Qiymətlərin artımı 2020-ci ildən müşahidə edilir, lakin Ukraynada baş verən hadisələr “bu tendensiyanın kəskinləşməsinə səbəb olub. 2022-ci ilin fevral-may aylarında quru yüklərin dəniz nəqliyyatı ilə daşınması qiymətləri 60% artıb. Taxılın qiymətinin artması nəzərə alınmaqla, ərzaq məhsullarının qiymətində qlobal artım 3,7% təşkil edib.

Dəniz nəqliyyatı ilə daşımaların qiymətinin artmasının digər amili yanacağın qiymətinin artımıdır. Bu vəziyyəti nəzərə alaraq, Qara, Baltik və Aralıq dənizlərində kiçik tankerlərin istifadəsi kəskin şəkildə çoxalıb. Birlikdə götürdükdə, bu artan xərclər istehlakçılar üçün qiymətləri artırır və yoxsulluq uçurumunu genişləndirir.

UNCTAD “Ukrayna limanlarını beynəlxalq gəmilərə açmaq üçün təcili tədbirlər görməyə” çağırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır