Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Yeni sahibi kruiz gəmisini iyulun 19-da ala biləcək

Britaniyanın kruiz operatoru “Swan Hellenic” öz yeni gəmisini hazırda gəmiqayırma zavodu tərəfindən təşkil olunan hərracda almalı olacaq.

“Seanews.az” xəbər verir ki, bu ilin iyun ayının ortalarında Helsinki Gəmiqayırma Zavodu sənədlərdə hələ də “Gövdə № 517” kimi qeyd olunan hazır kruiz gəmisi “SH Vega”-nın alınması üçün tender elan edib.

Eyni zamanda, Finlandiyanın gəmiqayırma şirkəti özünü gəminin yeganə qanuni sahibi elan edərək, onu daha yüksək qiymət təklif edən hər kəsə satmağa hazır olacağını vurğulayıb.

Tenderdə iştirak etmək üçün ərizələr iyunun 24-dək qəbul edilib və onun nəticələrinə sabah - iyulun 1-də yekun vurulacaq. Layner tamamilə hazır olduğundan və hətta dəniz sınaqlarından keçdiyindən, yeni sahibi onu iyulun 19-da ala biləcək.

10 600 ton dedveyti olan bu gəmi “Swan Hellenic” şirkətinin 2021-ci ilin sonunda aldığı “SH Minerva” gəmisi ilə eyni tipdədir. Gəmilər operatorun yeni proqramını həyata keçirmək məqsədi ilə ekspedisiya və təhsil kruizlərinin xətləri üçün xüsusi olaraq hazırlanmışdır. Artıq üçüncü belə layner də tikilir.

Maliyyə mənbəyi kimi, “Swan Hellenic” gələcəkdə uzunmüddətli icarə müqaviləsi əsasında hər üç gəmini almağı planlaşdıran bir Rusiya lizinq şirkətindən vəsait cəlb etmək niyyətində idi.

Operatorlar, sanksiyalar səbəbindən itirilmiş gəmilərə əllərinin çatması üçün məhkəmələrə müraciətlərdən tutmuş milli hökumətlərdən gəmilərin alınması üçün vəsaitin ayrılması və itkilərin kompensasiyası tələblərinə qədər müxtəlif addımlar atır.

“Swan Hellenic” şirkətinin rəhbərliyi fərqli bir yol tutmaq və hərrac tenderində iştirak etmək qərarına gəlib. Eyni zamanda şirkət özünü “prioritet” alıcı hesab edir və əmindir ki, o, qanuni yolla laynerə nəzarəti ələ keçirə biləcək.

“SH Vega” gəmisinin ilk səfəri iyulun 20-də Norveçin Tromso limanından planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır