Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-11,
Seanews
Heyder Eliyev

“Professor Gül” gəmi-bərəsi əsaslı təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Professor Gül” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmir olunub.

Təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Gəmi-bərənin baş mühərrikləri, üç ədəd köməkçi mühərriki əsaslı təmir olunub. Gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin, gəmi  mexanizimlərinin (nasosların, separator, kompressor)  təmiri aparılıb.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip İnmarsat-C peyk rabitə terminalları, orta və qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalıradiostansiyalar, qəza radiomayakı, qəza-xilasetmə radiostansiyalar və vericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyaları, NAVTEKS cihazı, girokompas quraşdırılıb.   

Eyni zamanda “Professor Gül” gəmisinin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

Qeyd edək ki, uzunluğu 154,50 metr, eni 18,3 metr olan gəmi-bərə ən müasir naviqasiya sisteminə malikdir


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır