“Eastern Dream” bərəsi Cənubi Koreyadan Vladivostoka gəlib
Göyərtəsində Cənubi Koreya və Rusiya vətəndaşlarının olduğu “Eastern Dream” ("Şərq arzusu") bərəsi Cənubi Koreyanın Donghe şəhərindən cümə axşamı Vladivostoka gəlib.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki Donghedən gələn "Eastern Dream” bərəsi göyərtəsində 14 sərnişin: 8 Koreya vətəndaşı və 6 Rusiya vətəndaşı ilə iyunun 30-da Vladivostoka yan alıb.
“Bunlar iki ildən çox davam edən fasilədən sonra ilk sərnişinlərdir. Bərənin həftədə bir səfəri planlaşdırılır”, - deyə Primorye Beynəlxalq Əməkdaşlıq Agentliyi çərşənbə günü “Telegram” kanalında bildirib.
Koreya Respublikasından Primorsk diyarına turist axını 2020-ci ilin əvvəlində koronavirus səbəbiylə tətbiq edilən karantin rejimindən əvvəlki üç il ərzində 50.000 nəfərdən 300.000 nəfərə yüksəlmişdi ki, bu da görünməmiş bir rəqəm idi. Son illərdə, karantindən əvvəl Primoryeyə xarici turistlərin əsas axını Çin və Koreya Respublikasının sakinləri hesabına olub.