Türkiyənin aviadaşıyıcı gəmisi bu il istifadəyə veriləcək
Türkiyənin aviadaşıyıcı gəmisi bu il vəzifəsini icra etməyə başlayacaq.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid Sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, İspaniya ilə birlikdə istehsal olunan bu gəmi əsasən PUA və helikopterləri daşıyacaq.
Bundan əlavə, Ərdoğan İspaniyaya “Patriot” sistemlərini Türkiyədə saxladığına görə təşəkkür edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır