Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“SYI” gəmiqayırma zavodu bir gündə 14 tankerin tikintisinə dair müqavilə bağlayıb

Mayeləşdirilmiş təbii qaz daşıyan ixtisaslaşmış gəmilərin inşası ilə bağlı  yeni sifarişlərin sayı növbəti tarixi maksimuma çatıb və artmaqda davam edir.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər veriri ki,  2022-ci ilin yanvar-iyun aylarında 108 LNG tankerinin tikintisi üçün gəmiqayırma zavodlarına sifarişlər verilib.

“British Clarkson Research” analitiklərinin hesablamalarına görə,  bu, keçən ilin eyni dövrü ilə müqayisədə 22 vahid çoxdur və müvafiq sənaye statistikası məlumatlarının toplanmasına başlanandan bəri bütün zamanların ən yüksək göstəricisidir.

Sifarişlərin yarıdan çoxu Cənubi Koreya gəmiqayırma şirkətlərinə verilib. Məsələn, “Samsung Heavy Industries” (“SYI”) 24, “Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”) 21 və “Daewoo Shipbuilding & Marine Engineering” şirkəti (“DSME”) bu tipli 18 gəminin tikintisi üçün sifarişlər alıb.

Eyni zamanda, “Samsung Heavy Industries” bir gündə iyunun 22-də 14 LNG tankerinin tikintisinə dair müqavilə bağlamaqla bir növ yeni rekorda imza atıb.

Qərb sənayesinin bir çox analitikləri mayeləşdirilmiş təbii qaza və onun daşıma vasitələrinə qlobal tələbatın artımının sürətlənməsini yalnız Ukrayna böhranının kəskinləşməsi ilə əlaqələndirməyə meyllidirlər, halbuki, bunun üçün ilkin şərtlər 2022-ci ilin fevral hadisələrindən əvvəl yaranmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır