Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“COSCO” 30-dan çox yeni konteyner gəmisi sifariş verib

Çinin logistika nəhəngi “COSCO”-nun 2022-ci ilin yanvar-iyun aylarında xalis gəliri 64,7 milyard yuan (9,6 milyard dollar) təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 74,45% çoxdur.

“Seanews.az”-ın məlumatına görə, 2021-ci ildə “COSCO”-nun xalis mənfəəti 2020-ci ilə nisbətən 799,52% artaraq 89,2 milyard yuan (13,3 milyard dollar) olub. Ötən il COSCO-nun ümumi gəliri 333,6 milyard yuana (49,7 milyard dollar) çatıb. Müvafiq göstərici illik ifadədə 94,85% artıb.

Ötən il şirkətin aldığı 20 konteynerdaşıyan hesabına donanmasındakı gəmilərinin sayı 510-a çatıb. Beləliklə, 2021-ci ilin sonuna donanmanın ümumi daşıma qabiliyyəti 2,94 milyon TEU (standart 20 futluq konteynerə ekvivalent) olub. Şirkət həmçinin 30-dan çox yeni konteyner gəmisinin tikintisi üçün sifariş verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır