Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Dəniz quldurları İranın ticarət gəmisinə hücum edib

Qırmızı dənizdə İran Hərbi Dəniz Qüvvələri ilə bu ölkənin ticarət gəmisinə hücum edən dəniz quldurları arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin əməliyyatlar üzrə müavini Mustafa Tacəddini deyib.

O bildirib ki, “Camaran” esminesi ötən gecə ticarət gəmisindən hücum barədə xəbərdarlıq aldıqdan sonra hadisə yerinə gedib.

“Hücum edən qayıqlar və qüvvələrimiz arasında atışma baş verib. Nəticədə dəniz quldurlarının qayıqları hadisə yerindən uzaqlaşıb”, - o deyib.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır