174 min kubmetr tutumlu tankerlər 2025-2026-cı illərdə təhvil veriləcək
“Kawasaki Kisen Kaisha Ltd.” (“K” Line), “Nippon Yusen Kabushiki Kaisha”, “China LNG Shipping (Holdings) Limited” və “MISC Berhad”-ın törəmə şirkəti olan “Portovenere and Lerici (Labuan) Pte Ltd” ilə konsorsiumda “QatarEnergy” ilə 7 LNG tankeri üçün uzunmüddətli çarter müqavilələri bağlayıb.
Seanews.az”-ın “məlumatına görə, eyni zamanda “Hyundai Heavy Industries” ilə qaz daşıyıcılarının tikintisi üzrə müqavilələr imzalanıb.
Uzunluğu 299 metr, eni 46,4 metr, sürəti 19,5 düyün olacaq gəmilərin 2025-2026-cı illərdə təhvil verilməsi nəzərdə tutulub.
174 min kubmetr tutumlu tankerlər aşağı təzyiqli qaz və hava ilə yağlama sistemindən istifadə edən ikili yanacaq mühərrikləri ilə təchiz olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır