Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Yeni nəsil yardımçı gəmi limanda istismar ediləcək

Niderland layihəsi əsasında  Vyetnam tərsanəsində inşa edilən yeni nəsil yardımçı gəmi Yeni Zelandiyanın ən böyük limanlarından birində istismar ediləcək.

“Seanews.az” “Korabel.ru”-ya istinadən xəbər verir ki, elektrik yedəkləyicisi “Sparky” adlandırılıb.

Niderlandın “Damen Shipyards Group” korporasiyası layihədə sifarişçinin - Yeni Zelandiyanın Oklend Limanı Administrasiyasının istəyini nəzərə alıb. Gəminin tikintisi işləri Vyetnam Sosialist Respublikasının “Damen Song Cam” gəmiqayırma müəssisəsində aparılıb.

70 tonluq liman yedəkləyicisi 2784 kVt/saat tutumlu akkumulyatorla təchiz olunub. Bu, gəmiyə 4 saat müddətində iki yedəkləmə əməliyyatını həyata keçirməyə imkan verəcək.

“Sparky” elektrik yedək gəmisinin sifarişi və istismara verilməsi Oklend Şəhər Administrasiyasının limanı adi mühərrikli gəmilərdən tamamilə təmizləmək planlarının həyata keçirilməsi istiqamətində ilk praktiki addımlar olacaq. Müvafiq proqram hələ 2016-cı ildə qəbul edilib və 2040-cı ilədək başa çatdırılmalıdır.

Batareya ilə işləyəcək yedək gəmisinin üst quruluşunun yaşıl rəngi təsadüfən seçilməyib, o, 100% “yaşıl” gəmi anlayışına tam uyğundur, səs-küyü və ya qoxusu da yoxdur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır