Gəmilərin tikintisinə gələn il başlanacaq
ABŞ-da yerləşən “General Dynamics”in törəmə müəssisəsi olan “General Dynamics NASSCO” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələri üçün köməkçi gəmilər inşa edəcək.
Ümumi dəyəri 1.4 milyard dollar olan müqavilə çərçivəsində 2 ədəd “John Lewis” yanacaqdoldurma gəmisi, 1 ədəd ESB-8 gəmisi inşa ediləcək.
Razılaşma həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrini əlavə yanacaqdoldurma gəmisi ilə təchiz etmək imkanı verir. Dördüncü gəminin inşası ilə müqavilənin ümumi dəyərinin 2,7 milyard dollara çatacağı ehtimal edilir.
Gəmilərin tikintisinə gələn il başlanacaq və sonuncu gəmi 2027-ci ildə təhvil veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır