Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

On ildə LNG gəmilərinin sayı 362-dən 691-ə yüksəlib

Hazırda dünyanın 147 limanında LNG gəmilərinin yanacaq təchizatı həyata keçirilir.

“Seanews.az”-ın məlumatına görə, 2024-cü ilədək onların sayı 200-ə  çatacaq.

LNG təchizatı xidmətləri təklif edən limanların əksəriyyəti Avropadadır (Niderland, Almaniya, Norveç), Asiya və Amerikada da belə limanlar var.

“Clarksons Research”-ə görə, əksəriyyəti Avropada olan daha 50-dən çox LNG təchizatı layihəsi nəzərdən keçirilir.

“Bunker tutumunun genişləndirilməsi LNG-yə maraq fonunda baş verir. Hazırda dünyada tikilməkdə olan donanmanın 37%-i LNG ilə işləyəcək gəmilərdir”, – “Clarksons Research” nəşri yazır.

Tələbin artması həm də qaz daşıyıcılarının tikintisi üzrə rekord sayda müqavilələrin bağlanmasına səbəb olub. Bu ilin iyul ayının ortalarına olan məlumata görə, ümumi tutumu 17,4 milyon kubmetr olan 104 gəmi sifariş edilib.

LNG daşıyıcılarının donanması hazırda ümumi tutumu 103,8 milyon kubmetr olan 691 gəmidən ibarətdir. Müqayisə üçün qeyd edək ki, 10 il əvvəl, 2012-ci ildə dünyada ümumi tutumu 51,9 milyon kubmetr olan 362 qaz daşıyıcısı var idi.

Qaz daşıyıcılarının tikintisi üzrə sifarişlər qovluğu mövcud parkın 40%-ni təşkil edir. 2021-ci ilin əvvəlində bu rəqəm 27% olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır