Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

“GTT” şirkəti LNG konteyner gəmilərinin yanacaq çənlərinin layihəsini hazırlayacaq

Fransanın “GTT” şirkəti  Cənubi Koreyanın “Hyundai Samho Heavy Industries” (“HSHI”) gəmiqayırma zavodundan altı yeni mayeləşdirilmiş təbii qaz (LNG) konteyner gəmisinin kriogen yanacaq çənlərinin layihələndirilməsi üçün sifariş alıb.

“Seanews.az”-ın məlumatına görə, hər biri 8000 konteyner daşıya bilən bu gəmilər 6000 kubmetrlik LNG yanacaq çəni, hər bir yanacaq çəni isə “Mark III Flex” membran mühafizə qabığı ilə təchiz olunacaq.

“CMA CGM Group” üçün  nəzərdə tutulan bu gəmilər 2024-cü ilin dördüncü rübündən başlayaraq bir il müddətində -2025-ci ilin dördüncü rübünə qədər təhvil verilməlidir.

Bu sifariş GTT texnologiyası ilə təchiz edilmiş konteyner gəmilərinin ümumi sayını 80-ə çatdıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır