Dardanel boğazında tankerlə kater toqquşub
Rusiyadan Yunanıstana gedən tanker Dardanel boğazında katerlə toqquşub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Sahil Mühafizə Xidməti məlumat yayıb.
Qəza zamanı katerdə 2 nəfər olub. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Hər 2 gəmi yedəyə alınaraq sahilə gətirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır