Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Gəmilər “MOL”-a 2025-2026-cı illərdə təhvil veriləcək

“Mitsui O.S.K. lines, ltd.” (“MOL”) mayeləşdirilmiş təbii qazla işləyəcək dörd “Capesize” yük daşıyıcısı və iki “VLCC” böyük tutumlu neft tankeri tikmək niyyətində olduğunu açıqlayıb.

“Seanews.az”-ın məlumatına görə, uzunluğu 300 metr, eni 50 metr, dedveyti 210 min ton olan dörd quru yük gəmisinin tikintisi üçün Çinin “CSSC Qingdao Beihai Shipbuilding Co., Ltd” şirkəti ilə müqavilə imzalanıb. Gəmilərin 2025-2026-cı illərd’ təhvil verilməsi nəzərdə tutulub. Bu, “MOL”-un həmin gəmiqayırma zavoduna verdiyi ilk sifarişdir. 

 

 

Uzunluğu 339,5 metr, eni 60 metr, dedveyti 309 min ton olan iki tankerin tikintisi üçün “Kawasaki Heavy Industries Ltd” (KHI) ilə müqavilə imzalanıb.

 

Gəmilər Dalyanda, “KHI” və “Çin COSCO Shipping Corporation” tərəfindən birgə idarə olunan “Dalian COSCO KHI Ship Engineering Co., Ltd”- nin tərsanəsində inşa ediləcək. Gəmilərin təhvil verilməsi üçün son tarix 2025-2026-cı illərdir.   

“MOL” şirkəti  LNG ilə işləyən 16 gəmi - avtomobil daşıyıcıları və balkerlər, üstəgəl 6 bərə, yedək gəmisi və quru yük  gəmisi sifariş edib. Gəmilərin bəziləri artıq istismara verilib. Şirkətdən verilən məlumata görə, “MOL” mayeləşdirilmiş təbii qazdan təchizat yanacağı kimi istifadəni daha da genişləndirmək niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır