Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük alüminium katamaranının tikintisi davam edir

“Wartsila” dünyanın ən böyük alüminium katamaranını mühərriklər, su reaktivləri və yanacaq sistemi ilə təmin edəcək.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, “Incat” Tasmaniyada tikilir və yüksək sürətli katamaran tipli bərədir.

Gəmi mayeləşdirilmiş təbii qazla (LNG) işləyə bilən iki yanacaqlı mühərriklərlə təchiz olunacaq.

Uzunluğu 130 metr, eni 32 metr olan bərə Argentina və Uruqvay arasındakı xətdə fəaliyyət göstərəcək və səfərə 2100 sərnişin və  226 avtomobillə çıxacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır