Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Səkkiz gəmiyə bu gün Ukrayna limanlarını tərk etməyə icazə verilib

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 158 075 ton taxıl və digər ərzaq məhsulları daşıyan səkkiz gəminin bu gün Ukrayna limanlarını tərk etməsinə icazə verib.

“Seanews.az”-ın məlumatına görə, “Nord Virgo” quru yük gəmisi Yujnıdan Çinə 62 340 ton qarğıdalı aparacaq.

Anbarlarında 30 300 ton qarğıdalı olan “Stella GS gəmisi Odessadan Hayfaya gedəcək.

“Katsuyama” 21 min ton günəbaxan yağı ilə Çernomorskdan Hindistana istiqamət götürəcək.

“Mavka” gəmisi Çornomorskdan Rumıniyaya 12 min 500 ton günəbaxan yağı çatdıracaq.

“FULMAR S” gəmisi göyərtəsində 9835 ton günəbaxan ilə Yujnıdan Bolqarıstanın Varna limanına yola düşəcək.

“SPRING” gəmisi Çornomorskdan Türkiyənin İskəndərun limanına 8500 ton buğda aparacaq.

“Canga Star” gəmisi Çornomorskdan Fransaya 7 min ton toxum çatdıracaq.

“Mübariz İbrahimov” gəmisi Odessadan Türkiyənin Tekirdağ limanına 6600 ton günəbaxan yağı aparacaq.

Bundan başqa, sentyabrın 2-də səfəri gecikmiş daha bir gəminin yola düşəcəyi gözlənilir. Söhbət “Afanasi Matyuşenko” yük gəmisindən gedir. O, 3 min ton buğda ilə Çernomorskdan Türkiyənin Tekirdağına gedəcək.

Qeyd edək ki, sentyabrın 1-dək Ukraynanın üç limanından ixrac edilən taxıl və digər ərzaq məhsullarının ümumi tonajı 1 milyon 677 min 396 ton təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır