Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Ekoloji cəhətdən təmiz bərələr 2025-ci ilin payızında istifadəyə veriləcək

Norveçdə bərə xətlərini idarə edən “Torghatten Nord” gəmiçilik şirkəti keçən ay hidrogenlə işləyən gəmi-bərə layihəsi üçün “Lloyd's Register” təsnifat cəmiyyətindən prinsipcə təsdiq alıb.

“Seanews.az”-ın məlumatına görə, ekoloji təmiz bərələr 2025-ci ilin payızında istifadəyə veriləcək. Onlar Buda və Lofoten adalarında bərə xətlərində istismar ediləcək. Yeni bərələrin istifadəsi CO2 emissiyalarını ildə 26,5 min ton azaltmağa imkan verəcək.

Bərələrin layihəsi “Norwegian Ship Design” (Ferde, Norveç) tərəfindən hazırlanmışdır. Yeni hidrogen bərələrinin dizel yanacağı ilə işləyən gəmilər qədər təhlükəsiz olmasını təmin etmək üçün layihələndirmə zamanı HAZID riskin tanınması metodologiyasından istifadə etməklə hidrogen təhlükəsizliyi sınağı aparılıb. Norveç Dəniz Administrasiyası əməliyyat təhlükəsizliyinin nəzərdən keçirilməsində iştirak edib və yekun təsdiqindən əvvəl layihəni “Lloyd's Register” ilə müzakirə edib.

Gəmiçiliyin rəhbərliyinin sözlərinə görə, yerli şirkətlər tərəfindən istehsal olunacaq gəmi avadanlığı dəstləri 400-450 milyon Norveç kronuna başa gələcək. Bu dəstlər yerli istehsalçılarla müqavilə əsasında alınacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır