Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Çin gəmi istehsalçıları avqustda sifarişlərin sayına görə Cənubi Koreyadan olan həmkarlarını arxada qoyublar

2022-ci ilin avqust ayında dünyada ümumi tutumu 1,88 milyon ton olan 51 gəmi sifariş edilib. 12 gəmi üçün sifariş Cənubi Koreya gəmiqayıranlarının payına düşüb. Çin gəmi inşaatçıları 35 gəmi üçün sifariş alıblar.

“Seanews.az”ın məlumatına görə,  cari ilin yanvar-avqust aylarında Cənubi Koreya gəmiqayırma zavodları ümumilikdə 216 gəmi tikintisi sifarişi (ümumi tonaj - 11,92 milyon ton), Çin gəmiqayırma zavodları 475 sifariş (12,35 milyon ton) alıb. Birincisi yeddi ayda Cənubi Koreya liderlik edib, lakin Çin gəmi istehsalçıları avqustda ümumi tonaj baxımından Cənubi Koreyadan olan həmkarlarını geridə qoyublar.

“Clarkson Research” nəşrinin müəllifləri düşünürlər ki, Çinin hökmranlığı qısamüddətli olacaq, çünki LNG tankerlərinin tikintisinə dair sifarişlər artmaqda davam edir və Cənubi Koreya hələ də gəmilərin bu seqmentində liderdir. Avqust ayında səkkiz LNG tankeri sifariş edilib və istisnasız olaraq onların hamısı Cənubi Koreya gəmi istehsalçılarına qismət olub. Yanvar-avqust aylarında dünya üzrə 111 LNG gəmisi sifariş edilib, onların da 83-ü Koreya şirkətlərinin payına düşüb.

“Clarkson Research”-in son rəqəmlərinə görə,  avqust ayında Cənubi Koreya gəmiqayıranlarının məhsuldarlığının azalması onların daha az gəlirli sifarişlərdən imtina etməsi ilə bağlıdır. "Şirkətlər artıq 2021-ci ildə çoxlu sayda müqavilə imzalayıblar və bu ilin birinci yarısında və avqustda onların böyük seçim imkanları olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır