Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Braziliyada gəmi qəzaya uğrayıb, 14 nəfər ölüb

Braziliyanın Para ştatında gəminin qəzaya uğraması nəticəsində azı 14 nəfər ölüb, 26 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "Globo" televiziya kanalı bildirib.

Məlumata əsasən, Amazon çayının mənsəbindəki Maraxo arxipelaqındakı kiçik "Kamara" qəsəbəsindən ştatın inzibati mərkəzi Belen şəhərinə gedən gəminin göyərtəsində 70 nəfər olub. Onlardan 30 nəfəri xilas olunub.

İtkin düşənlərin axtarışına dalğıclar və helikopter cəlb olunub. Hadisədən sağ çıxanların sözlərinə görə, gəmidə uşaqlar və qocalar da olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır