Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-30,
Seanews
Heyder Eliyev

İran saxladığı Yunanıstana məxsus iki tankerin dənizçilərini azad edəcək

İran bu ilin may ayının sonunda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Fars körfəzində saxlanılan Yunanıstana məxsus iki tankerin ekipaj üzvlərini tezliklə azad edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, İran hökuməti tərkibi açıqlanmayan Yunanıstan nümayəndə heyətinin səfərindən sonra “Delta Poseidon” və “Prudent Warrior” tankerlərinin ekipaj üzvlərinin geri qaytarılmasına razılıq verib.

Gəmilərin geri qaytarılmasına gəlincə, məlumata görə, vəziyyət qeyri-müəyyən olaraq qalmaqdadır.

Xatırladaq ki, Yunanıstana məxsus gəmilərin saxlanmasının İran neftini daşıyan “Lana” tankerinin Yunanıstan tərəfindən saxlanılmasına cavab olduğu bildirilirdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır