Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Buzlu sularda üzə bilən tankerlərin alınmasına təlabat artıb

İri gəmiçilik şirkətləri qış aylarında buzlu sularda neft daşımaq gücündə olan tankerləri satın almağa başlayıblar.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın "E. A. Gibson Shipbrokers" gəmi alqı-satqı şirkəti bildirib.

Qeyd olunub ki, may-avqust aylarında belə tankerlərin satın alınmasına 1 milyard dollara yaxın vəsait xərclənib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə beş dəfə çoxdur. Ötən il 12 tanker alınmışdırsa, bu il buzlu suda üzə bilən 42 tanker satın alınıb.

Mütəxəssislər bildirirlər ki, Rusiya neftinə tətbiq olunan sanksiyalarla əlaqədar daşıyıcılar bu məhsulu Şimal Buzlu okeanla daşımağa hazırlaşırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır