Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

“Botnia Enabler” gəmisi Botniya körfəzində marşruta xidmət göstərəcək

İsveçin Skelleftea limanında “Wallenius Sol” donanmasının yeni gəmisinə ad verilməsi mərasimi keçirilib. Konteyner gəmisi “Botnia Enabler” adlandırılıb.

“Seanews.az”ın məlumatına görə,  “Botnia Enabler” İsveç limanı üçün tarixinin ən böyük gəmisi olub. O, həm də çox yanacaqlı mühərriklərə malik dünyanın ən böyük buzqıran tipli “ConRo” gəmisidir.

“Botnia Enabler” Botniya körfəzində Zeebrugge - Antverpen - Kokkola - Oulu - Kemi - Şellefteo - Travemünde marşrutu ilə eyni layihənin “Baltic Enabler” adlı gəmi ilə birgə xidmət göstərəcək.

Gəminin uzunluğu 242 metr, eni 35,2 metr, dedveyti  28 min ton, yük tutumu  960 TEU, maksimal sürəti  20 düyündür.

Qeyd edək ki, “Wallenius Sol” gəmilik şirkəti Finlandiya, İsveç, Almaniya, Benilüks ölkələri və Böyük Britaniyanın şimal limanları arasında müntəzəm xidmətlər həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır