Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

“Atlet-24” kran gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Atlet-24” kran gəmisinin əsaslı təmir işləri başa çatıb.

Təmir çərçivəsində 40 ton yükqaldırma qabiliyyətinə malik kran, baş mühərriklər, nasoslar, boru sistemləri təmir edilib, köməkçi mühərriklər sazlanıb. Gəminin generatorları, elektrik avadanlıqları və idarəetmə sistemləri təmir olunub.

Həmçinin, işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda zəruri işlər yerinə yetirilib.

Gəmi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.

40 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işlərindən sonra gəminin mexanizm və elektrik avadanlıqları hərəkətdə yoxlanılıb. Bu məqsədlə üzən vasitə dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən dənizçilərin ixtiyarına verilib.

“Atlet-24” kran gəmisinin təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda həm Zavodun, həm də Xəzər Dəniz Neft Donanmasının Gəmi təmiri emalatxanasının əməkdaşlarının iştirakı ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır