Yeni gəmidən həm LNG təchizatı, həm də müxtəlif yüklərin daşınması üçün istifadə oluna bilər
“Nantong CIMC Sinopacific Offshore & Engineering Co. Ltd.”-nin “Fengshun” Gəmiqayırma Zavodunda LNG təchizatı gəmisinin özülü qoyulub.
“Seanews.az”ın məlumatına görə, İtalyanın “Fratelli Сsulich LNG S.R.L.” şirkətinin sifarişi ilə “RINA” sinfinə uyğun tikiləcək tanker tutumu 8,2 min kubmetr olan iki LNG təzhizatı seriyasından birinci gəmi olacaq.
Uzunluğu 113 metr, eni 20 metr, bortunun hündürlüyü 13,5 metr olan gəmi 13 düyün sürətlə hərəkət edəcək.
Bu seriyanın gəmilərinin qabaqcıl elektrik mühərriki sistemi ilə təchiz olunması ekoloji cəhətdən təmiz ən səmərəli rejimdə işləməsini təmin edəcək.
Yeni gəmilərdən həm LNG təchizatı, həm də müxtəlif yüklərin daşınması üçün istifadə oluna bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır