Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Çin yeni gəmilərin tikintisi sifarişlərinə görə, Yaponiya və Cənubi Koreyanı ötüb

Çin gəmiqayırma sənayesi inşası başa çatdırılan gəmilərin, yeni sifarişlərin və əldə edilən sifarişlərin sayına görə bütün digər ölkələri üstələyib.

“Seanews.az” xəbər verir ki, Çin keçən il yeni sifarişlərin demək olar ki, 50%-ni alıb. Bu ilin birinci yarısında yeni sifarişlərin sayına görə, Yaponiya və Cənubi Koreyanı ötüb.

COVID-19 pandemiyasından sonra dəniz logistikasına tələbat artmaqdadır. Keçən il yeni gəmilərin tikintisi sifarişlərinin həcmi 2014-cü ildən bəri ən yüksək həddə olub.

Çin Milli Gəmiqayırma Sənayesi Assosiasiyasının statistikasına görə, ölkə ötən il dedveyti 62,3 milyon ton olan gəmilərin tikintisi üçün yeni sifarişlər alıb ki, bu da 2020-ci ilin göstəricisindən iki dəfə çoxdur. Gəmilərin tikintisi üzrə mövcud sifarişlərin həcmi 38% artaraq dedveyti 98 milyon təşkil edib.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı bir neçə seqmentdə üstünlük təşkil edir. Britaniyanın “Clarkson Research” şirkətinin hesabatına görə, 2021-ci ildə Çinin bazar payı 18 əsas gəmi modelindən 10-da ən yüksək olub. Konteyner gəmiləri, yükdaşıyanlar, kimyəvi tankerlər, çoxməqsədli gəmilər, təmiz avtomobil və yükdaşıyıcıları seqmentlərində onun bazar payı 50%-i ötür.

İlin birinci yarısında Çinin ixrac etdiyi gəmilərin əksəriyyəti balkerlər, neft tankerləri, konteyner gəmiləri və qaz daşıyıcılarıdır ki, bu da ölkənin ümumi gəmi ixracının 68%-ni təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır