Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

“CMA CGM” 15 000 TEU-luq onuncu konteyner gəmisini təhvil alıb

“CMA CGM” 2019-cu ildə Çin Dövlət Gəmiqayırma Korporasiyasına (“CSSC”) sifariş edilmiş  tutumu 15 000 TEU olan 10  konteyner gəmisinin sonuncusunu təhvil alıb.

“Seanews.az”ın məlumatına görə,  konteyner gəmisi "CMA CGM Greenland" adlandırılıb. O, Panama bayrağı altında  “Mediterranean Club Express” (“MEX”) xidməti çərçivəsində Asiya-Aralıq dənizi xəttində istismar ediləcək. Bu, dörd konteyner gəmisinin – “CMA CGM Patagonia” (2021-ci ilin sentyabrında istismara verilmişdir), “CMA CGM Kimberley” (2021-ci ilin dekabrında istismara verilmişdir), “CMA CGM Everglade” (2022-ci ilin yanvarında istismara verilmişdir) və “CMA CGM Galapagos” (2022-ci ilin iyununda istismara verilmişdir) konteynerdaşıyanlarının oxşarıdır. Bu konteyner gəmiləri LNG ilə işləyir. Hər bir gəminin uzunluğu 366 metr, eni  51,2 metr, suya oturumu 16 metr, tutumu 15254 TEU-dur.

Bu seriyanın daha beş konteyner gəmisi 15 536 ​​TEU tutumuna malikdir. Onlar “CSSC”-nin törəmə şirkəti olan “Hudong-Zhonghua Shipbuilding” gəmiqayırma zavodunda tikilir. Bu gəmilər adi yanacaqla işləyirlər. “CMA CGM Zephyr” 2021-ci ilin avqustunda, “CMA CGM Hermes” 2021-ci ilin oktyabrında, “CMA CGM Osiris” 2021-ci ilin noyabrında, “CMA CGM Apollon” 2022-ci ilin yanvarında və “CMA CGM Adonis" 2022-ci ilin fevralında istismara qəbul edilib.

İlkin olaraq 10 konteyner gəmisinin hamısının 2021-ci ildə təhvil verilməsi planlaşdırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır