Ukrayna limanlarından gəmilərlə daha 201 min ton kənd təsərrüfatı məhsulları ixrac edilib
Sentyabrın 23-də Odessa, Çernomorsk və Yujnı limanlarını 11 gəmi tərk edib.
Ukrayna İnfrastruktur Nazirliyinin məlumatına görə, gəmilərdə ümumilikdə Asiya və Afrika ölkələri üçün 201 min ton ərzaq var.
“Zeko Y” quru yük gəmisi Odessa limanından, “Merry M”, “Lady Ayana”, “Mo Gan Shan”, “Tzarevich””, “Gudena”, “Nil Demir”, “Sea Dove” gəmiləri Çornomorsk limanından, “Fortuna”, “Gem Star”, “Mavka” isə Yujnı limanından səfərə çıxıblar.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır