Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Ukraynadan ərzaqla çıxan gəmilər Hindistan və İspaniyaya çatıb

Anbarlarında 42 min ton günəbaxan yağı olan "Canopus" gəmisi bazar ertəsi Hindistana, 18 min ton buğda daşıyan "Fanariya" quru yük gəmisi isə İspaniya sahillərinə çatıb.

“Seanews.az”ın məlumatına görə,  “Canopus” quru yük gəmisi Hindistanın Mumbayından 14 dəniz mili aralıda lövbər salıb. “Fanariya” gəmisi günortadan sonra İspaniyanın Huelva şəhərinin limanına yan alıb.

Qeyd edək ki, İstanbuldakı Birgə Koordinasiya Mərkəzi "Canopus" gəmisinin sentyabrın 2-də Ukraynanın Yujnı limanından, "Fanariya"nın isə sentyabrın 12-də  Odessadan yola düşməsinə icazə verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır