Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

“Magnum Fortune” gəmisi Banqladeşə, “Almeray” isə Liviyaya istiqamət götürüb

Bu gün Ukraynanın Çornomorsk və Yujnı limanlarını dörd gəmi tərk edib.

Ukrayna İnfrastruktur Nazirliyinin məlumatına görə, gəmilərdə Afrika, Asiya və Avropa ölkələri üçün ümumilikdə 115 min ton kənd məhsulları var.

“Magnum Fortune” gəmisi anbarlarına  Banqladeş üçün nəzərdə tutulmuş 51 min ton buğda  qəbul edib.  “Almeray” gəmisindəki 32,4 min ton qarğıdalı Liviyaya çatdırılacaq.

“Taxıl dəhlizi” haqqında sazişin icrasına başlanandan indiyədək Ukrayna limanlarından Asiya, Avropa və Afrika ölkələri üçün nəzərdə tutulmuş 5,4 milyon ton ərzaqla 235 gəmi çıxıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır