Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Dənizdə texnologiyanın inkişafı ilə daha az gəmi ilə daha çox yük daşınır

Boğaziçi ilə daşınan yüklərin həcmi 2005-ci ildən bəri 40% artıb. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi qeyd edir ki, dənizdə texnologiyanın inkişafı ilə daha az gəmi ilə daha çox yük daşınır.

"Seanews.az" xəbər verir ki, boğazdan keçən gəmilərin sayı getdikcə azalsa da, gəmilərin ölçüsü və tonajı artıb. Dəniz sektorunda nəqliyyat xərclərini azaltmaq üçün daha az gəmi ilə daha çox yük daşınıb.

2005-ci ildə Bosfor boğazından 54 794 gəmi keçib. Gəmilərin ümumi tutumu 468 milyon 105 min ton, xalis tonajı 246 milyon 824 min ton, daşınan yüklərin həcmi 334 milyon 51 min metrik ton olub. 2021-ci ildə gəmi keçidlərinin sayı 38 551, ümumi tutumu 631 921 000 ton, xalis tonajı 341 742 000 ton, daşınan yüklərin ümumi həcmi 465 357 000 metrik tona çatıb.

Bildirilir ki, uzunluğu 200 metrdən çox olan gəmilərin sayı 2005-ci ildəki 3503 ədəddən 2021-ci ildə 51% artaraq 5306-ya çatıb.

Vurğulanır ki, təhlükəli yüklərin daşınması artır,  gəminin ölçüsü və tonajı, daşınan yükün ümumi həcmi, yükün növü və gəmi keçidlərinin sayı artdıqca  naviqasiyanın təhlükəsizliyi baxımından risk də ildən-ilə artır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır