Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Yeni LNG gəmisi istənilən nöqtədə gəmiləri təbii yanacaqla təmin edəcək

Çin gəmiqayırma şirkəti “Dalian Shipbuilding Industry Co., Ltd”-nin (“DSIC”) tərsanəsində 8,5 min kubmetr mayeləşdirilmiş təbii qaz (LNG)  tutumu olan “Xin Ao Pu Tuo Hao” gəmisinin təhvil verilməsi mərasimi keçirilib.

“Seanews.az”ın məlumatına görə,  “ENN Energy Holding Ltd” ilə müqavilə əsasında inşa edilən LNG gəmisi “Tianjin Southwest Maritime Limited” şirkəti tərəfindən istismar ediləcək.

LNG təchizat gəmisi istənilən nöqtədə gəmiləri təbii mühərrik qazı ilə təmin edəcək. Uzunluğu 119,3 metr, eni və yan hündürlüyü müvafiq olaraq 19,8 və 11 metr, suya maksimal oturumu 6,5 metrdir.

Beynəlxalq standartlara tam cavab verməsi, 17 m/s-ə qədər küləkdə yanalma qabiliyyətinə malik olması limanda və ya dənizdə təhlükəsiz yanacaq təchizatını mümkün edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır