Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Dənizdə külək turbinləri quraşdıran gəmi istismara verilib

Çinin cənubundakı Quandun əyalətinin Quançjou şəhərində dənizdə külək turbinləri quraşdıran gəmi istismara verilib.

“Seanews.az”ın məlumatına görə,  “CSSC Huangpu Wenchong Shipbuilding” (Çin Dövlət Gəmiqayırma Korporasiyası)  tərəfindən inşa edilən gəmi "Baihetan" adlandırılıb.

Uzunluğu 126, eni 50 metr olan “Baihetan” gəmisi 10 MVt-dan çox gücü olan dəniz külək turbinləri quraşdıra bilər və 2 min tona qədər ağırlığında yükləri qaldırmağa, həmçinin 70-ə qədər dərinlikdə su altında işləməyə qadirdir. Gəmi DP2 dinamik yerləşdirmə sistemi ilə təchiz edilmişdir.

“Three Gorges Materials Tendering Manager”-in baş direktor müavininin sözlərinə görə, yükqaldırma qabiliyyəti, işləmə dərinliyi, dəyişən yük və göyərtə sahəsi baxımından gəminin bənzəri yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır