Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Yeni Zelandiya dəniz yolu ilə mal-qara ixracını dayandırır

Yeni Zelandiya hökuməti qanun qəbul edib. Qanuna əsasən, 2023-cü il aprelin 30-dan etibarən ölkə dəniz yolu ilə diri mal-qara ixracını tamamilə dayandıracaq.

Yeni Zelandiyanın Kənd Təsərrüfatı naziri Damien O'Connor deyib ki,  Yeni Zelandiyanın uzaqlığı hər hansı bir heyvanın daşınmasını çətinləşdirir və dənizdə uzun müddət olmaları onları istilik stresinə və digər risklərə daha həssas edir.

Rəsmi rəqəmlərə görə, 2022-ci ilin birinci yarısında Yeni Zelandiya 50,4 min baş diri mal-qara ixrac edib. Və hamısı da Çinə gedib. 2021-ci ildə ölkədən 134,7 min baş mal-qara ixrac edilib. Çin yeganə satış bazarı olub.

2021-ci ildə dəniz yolu ilə daşınan mal-qara ixracının əmtəə sektorunun ixrac gəlirinin təxminən 0,6%-ni təşkil etdiyini nəzərə alsaq, qadağanın ölkə iqtisadiyyatına təsiri gözlənilmir. Yeni Zelandiyanın əsas sektorunun ixracı 2022-ci ildə 30 milyard dollar təşkil edib.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır