Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Buzqıran gəminin tikintisinə ixrac lisenziyası verməkdən imtina edilib

Finlandiya Xarici İşlər Nazirliyi “Norilsk Nikel” şirkətinin sifarişi ilə Finlandiyanın “Helsinki Shipyard Oy” tərsanəsi tərəfindən inşa edilməli olan mayeləşdirilmiş təbii qazla (LNG) işləyən buzqıran gəmiyə ixrac lisenziyasının verilməsi ilə bağlı mənfi qərar qəbul edib.

“Seanews.az”ın məlumatına görə,  “Helsinki Shipyard Oy” hələ  2022-ci ilin yanvar ayında LNG ilə işləyən buzqıran gəminin tikintisi üçün “Norilsk  Nikel”-dən sifariş aldığını açıqlamışdı. Tikinti 2025-ci ilə qədər başa çatdırılmalı idi. Həm LNG, həm də aşağı kükürdlü dizel yanacağı ilə işləyəcək gəmi üçün 2 metr qalınlığında buzları qırmaq çətin olmayacaqdı.

LNG ilə işləyən buzqıran gəmilərin tikintisi 2017-ci ildən müzakirə edilirdi. Qara dənizdə və Ob körfəzində istismar üçün dörd gəmi sifariş etmək planlaşdırılırdı. İlkin olaraq, təşəbbüs tikilməkdə olan buzqıran gəmini işlədəcəyi ehtimal edilən “Atomflot”dan gəldi. Bundan əvvəl “Norilsk Nikel” şirkəti tikintini öz vəsaitləri hesabına maliyyələşdirəcəklərini açıqlamışdı. Bir buzqıran gəminin dəyəri 300 milyon dollar qiymətləndirilirdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır