Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Yeni gəmilər öz sinfində ən böyük yük bölməsinə malik olacaq

Ağır və layihə yüklərinin dəniz daşınması üzrə ixtisaslaşan “SAL Heavy Lift” şirkəti  “Wuhu Shipyard” (КНР) gəmiqayırma zavodu ilə dörd yeni “Orca” sinifli yükdaşıyan gəminin (üstəlik iki əlavə opsion üzrə gəmi) tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az”ın məlumatına görə,  gəmiqayırma proqramı “Orca” gəmi layihəsinin işlənib hazırlandığı birgə müəssisə tərəfdaşı olan “Jumbo Shipping” (Scheedam, Niderland) ilə birgə həyata keçiriləcək. “Jumbo Shipping “həmçinin ağır yüklərin dəniz daşınması ilə də məşğuldur.

Gəmilərin uzunluğu  149,9 metr, eni  27,2 metr, yükgötürmə qabiliyyəti  14,6 min tondur. Kompakt xarici ölçülərinə baxmayaraq, gəmilər öz sinfində ən böyük yük bölməsinə malikdir.

Çəkisi 1,6 min tona qədər olan yükləri qaldırmağa qadir olan iki xüsusi layihələndirilmiş 800 tonluq “Liebherr” kranı ilə təchiz edilməsi gəmilərin imkanlarını xeyli artırır.

 “Orca” gəmiləri yığcam və səmərəli əsas mühərriklərdən ibarət ən son hərəkət sistemi və dizel-elektrik gücləndiricisi ilə təchiz ediləcək. Digər ağır yüklər daşıyan gəmi konstruksiyaları ilə müqayisədə bu hibrid qurğu iqtisadi sürət parametrləri və enerji ehtiyatlarının geniş spektrinə malikdir. 15 düyün əməliyyat sürətində gəmilər gündə 20 tondan az mazut istehlak edəcəklər ki, bu da yanacaq səmərəliliyinə görə daha kiçik və çoxməqsədli təchizat gəmilərinə bənzəyir.

Bu layihəyə əsasən, gəmilər metanoldan alternativ yanacaq kimi istifadə etmək imkanına malik iki yanacaqlı mühərriklərlə təchiz edilib.

“SAL Heavy Lift” ağır və layihə yüklərinin daşınmasında 40 illik təcrübəyə malikdir. Dəniz mühəndisliyi layihələri bölməsi neft-qaz sənayesi və bərpa olunan enerji üçün quraşdırma həlləri hazırlayır və təmin edir.

“Jumbo” ağır yükdaşıma və quraşdırma layihələri üçün ən böyük podratçıdır. 2003-cü ildən şirkət dənizdə daşıma və dənizdə qazma platformaları üçün iri sualtı konstruksiyaların quraşdırılmasını uğurla həyata keçirir. Şirkət 3 min tona qədər çəkisi olan yükləri qaldıra və daşıya bilən 12 ixtisaslaşmış gəmidən ibarət donanmaya malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır