Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

“Finnlines” donanmasına iki sərnişin və yük bərəsi əlavə edəcək

“Finnlines” tərəfindən sifariş edilən iki yeni “Ro-Pax” yük-sərnişin gəmisindən birincisi 2023-cü ilin payızında Naantali-Longnas-Kapelskar marşrutuna xidmət göstərməyə başlayacaq.

Bərələr “Finnlines”  donanmasının yenilənməsi proqramının bir hissəsi kimi tikilir. Bu proqrama əsasən 500 milyon avro dəyərində ən son “Ro-Pax” və “Ro-Ro” gəmiləri daxildir.

Sərnişinlərin və “RO-RO” yüklərin daşınması üçün nəzərdə tutulmuş “Superstar” sinfinə aid iki “Finnsirius” və “Finncanopus” gəmi-bərəsi 1,1 min nəfəri qəbul edə biləcək ki, bu da marşrutda işləyən sərnişin və yük gəmilərinin sərnişin tutumundan təxminən iki dəfə çoxdur.

2022-ci ilin avqustunda “Finnlines” 1000-dən çox adamın iştirak etdiyi sosioloji sorğu keçirib. Məlum olub ki, son iki il ərzində koronavirusla bağlı məhdudiyyətlərə baxmayaraq, respondentlərin demək olar ki, yarısı (48%) bərə xidmətlərindən istifadə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır