Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

“DSME” tankerlərin tikintisi üzrə müqaviləyə xitam verib

Cənubi Koreyanın gəmiqayırma korporasiyası “Daewoo Shipbuilding and Marine Engineering” (“DSME”) Arktika sinifli LNG tankerinin tikintisi üzrə müqaviləyə xitam verdiyini rəsmən elan edib.

“Seanews.az” xəbər verir ki, “DSME”-nin rəhbərliyi bu addımını sifarişçinin “ilkin razılaşma ilə müəyyən edilmiş müddətdə növbəti ödənişin həyata keçirilməsini təmin etməməsi” ilə izah edib.

Bu, buzqıran sinfinə aid qaz daşıyıcısının tikintisi üzrə “DSME” müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı ikinci haldır. Cari ilin mayında da belə hadisə qeydə alınmışdı.

Hər iki halda söhbət “Avropa ölkəsindən olan” sifarişçidən gedir. Adı açıqlanmasa da, bir çoxları bunun Rusiyanın “Sovcomflot” şirkəti olduğunu ehtimal edir.

Müqavilədə hər birinin tutumu 172 410 kubmetr olan “Arc-7” sinifli üç LNG tankerinin tikintisi və gəmilərdən birincisinin 2023-cü ilin aprelində sifarişçiyə təhvil verilməsi nəzərdə tutulurdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır