Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

“COSCO” Çində bir sıra liman aktivlərini alacaq

Çinin “COSCO Shipping Holdings” şirkəti ümumilikdə 19,7 milyard yuana (təxminən 2,7 milyard dollar) Çində bir sıra liman aktivlərini almağa razılaşıb.

Şirkətin bazar ertəsi Honkonq birjasında dərc olunmuş məlumatında belə deyilir.

Söhbət Şanxay Beynəlxalq Limanında 14,9%-lik payın dolayı, ana şirkəti “China COSCO Shipping Corp” vasitəsilə 18,9 milyard yuana (2,6 milyard dollar) alınmasından gedir. Bundan əlavə, Quançjou limanında 3,2% payın 778,7 milyon yuana (109,5 milyon dollar) alınması barədə razılıq əldə olunub. Hesabatda həmçinin bir sıra tərəfdaşlarla ümumilikdə 1,2 milyard dollar dəyərində beş gəminin inşası üçün müqavilələrin bağlanmasına işarə edilir.

Ötən həftə Almaniya hökuməti “COSCO”-ya Hamburq limanında pay almağa icazə verib. Bununla belə, investisiyaların həcmi ilkin olaraq nəzərdə tutulduğundan az olduğu ortaya çıxıb. 35% əvəzinə 25% səhmlərin alınmasına icazə alınıb.

Çin logistika nəhəngi 2022-ci ilin birinci yarısında 64,7 milyard yuan (9,1 milyard dollar) xalis gəlir əldə edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 74,46% çoxdur. Yanvar-iyun aylarında ümumi gəlir də artaraq 210,78 milyard yuana (29,6 milyard dollar) çatıb. Müvafiq göstərici illik ifadədə 51,36% artıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır