Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

“Taxıl dəhlizi” ilə Ukraynadan daha 12 gəmi yola düşüb

“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 10,7 milyon ton kənd təsərrüfatı məhsulu ixrac olunub. Məhsullar Asiya, Avropa və Afrika ölkələrinə yola salınıb. Ümumilikdə 456 gəmi yola düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Taxıl dəhlizi”nin həyata keçirilməsi çərçivəsində son iki sutkada ərzaq məhsulları ilə dolu daha 12 gəmi Odessa limanlarını tərk edib.

Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 400 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa, Afrika ölkələrinə yola salınıb.

“Oktyabr ayında Rusiya Bosfor boğazında yoxlamanı süni şəkildə əngəlləməsəydi, ixracın həcmi 30-40 faiz çox ola bilərdi”, - deyə hesabatda bildirilir.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Oktyabrın 29-da Rusiya Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “taxıl sazişi”ndən çıxdığını elan etmişdi.

Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin bərpa olunduğunu bəyan edib və Türkiyənin Rusiya ilə danışıqları nəticəsində yenidən Ukraynanın ixracı sabitləşib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır