Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

“Taxıl dəhlizi” ilə məhsulların daşınması daha 120 gün uzadılıb

Ukrayna limanlarından ərzaq ixracının bərpasına icazə verən müqavilənin müddəti 120 gün uzadılıb. Qərar İstanbulda qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kurbakova feysbuk səhifəsində məlumat verib.

“Kənd təsərrüfatı məhsullarının Qara dəniz üzərindən təhlükəsiz daşınması təşəbbüsü daha 120 gün müddətinə uzadılıb”, - deyə nazir yazıb.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı və Türkiyə təşəbbüsün həyata keçirilməsinin qarantı olaraq qalıb.

Kubrakov xatırladıb ki, avqustun 1-dən taxılçılıq təşəbbüsünə start verilib və bu günə qədər Ukrayna dünyanın 38 ölkəsinə 11 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edib. “Bu, əhəmiyyətli məbləğdir, lakin kifayət qədər deyil. Dünya bazarı yaxın gələcəkdə Ukraynanın kənd təsərrüfatı məhsullarını əvəz etmək iqtidarında deyil. Eyni zamanda, dünya üçün ərzaq məhsullarımızın həcmini artırmaq mümkündür", - deyə nazir əlavə edib.

Aleksandr Kurbakova bildirib ki, Ukrayna təşəbbüsün ən azı bir il müddətinə uzadılması və Nikolayev limanının ona birləşdirilməsi təklifi ilə təşəbbüslə tərəfdaşlara rəsmi müraciət edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır