Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-05,
Seanews
Heyder Eliyev

“MV Greenwich” gəmisi Mozambikə 20 min ton gübrə çatdıracaq

“MV Greenwich” gəmisi  20 min ton Rusiya gübrəsi ilə noyabrın 29-da Niderlanddan çıxıb. Gübrə Mozambikdə boşaldılacaq və buradan  quru yolla Malaviyə yola salınacaq.

Bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.

“BMT Rusiya istehsalçılarının Avropa limanlarında və anbarlarında saxlanılan 260 min ton gübrənin yardım kimi verilməsini alqışlayır. Bu, hazırda əkin mövsümünün davam etdiyi Afrikada humanitar ehtiyacların azaldılmasına və fəlakətli məhsul itkisinin qarşısının alınmasına xidmət edəcək”, - deyə məlumatda bildirilir.

Gübrə BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən icarəyə götürülmüş gəmi ilə göndərilib. Bu, Afrika qitəsi ölkələri üçün nəzərdə tutulan gübrə tədarükü seriyasından birincisidir.

Xatırladaq ki, 2022-ci il sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqının dəniz limanlarında 300 min ton rus gübrəsinin yığıldığını və Rusiyanın onları inkişaf etməkdə olan ölkələrə pulsuz verməyə hazır olduğunu bildirib. Eyni zamanda, o, Avropa Komissiyasının qərarına təsir etmək və ondan “ayrı-seçkilik məhdudiyyətlərinin” aradan qaldırılmasını və ehtiyacı olan ölkələrin bazarlarına gübrə çıxışının təmin edilməsini tələb etmək üçün BMT katibliyinə müraciət edib.

Əlavə edirik ki, 2022-ci ilin doqquz ayı ərzində Rusiyanın dəniz limanları vasitəsilə mineral gübrələrin daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 21% artaraq 16,7 milyon tona çatıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır