Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“Stena Ebba” bərəsi Karlskrona (İsveç) - Qdınya (Polşa) xəttində səfərlər edir

“Stena Line” gəmiçilik şirkəti “Stena Ebba” adlı ikinci bərəni Karlskrona (İsveç) - Qdınya (Polşa) xəttinə buraxıb.

“Seanews.az”-ın məlumatına görə, ilk gəmi "Sten Estelle"nin istismara verilməsi 2022-ci ilin sentyabrında baş tutmuşdu.

“Baltik dənizindəki xəttə yeni müasir “Stena Ebba” bərəmizin buraxılması “Stena Line”-nin dinamik və böyüyən iqtisadi zonada müştəri tələbinə cavabıdır,”- deyə  “Stena Line”-nin baş direktoru Niklas Mårtensson bildirib.

Baltik dənizində müntəzəm  səfərlərə çıxacaq “Stena Ebba”  bərəsinin uzunluğu 240 metr, eni 28 metr, suyaoturumu  6,4 metrdir. Bərə 1200 nəfər və 200-ə qədər yük maşını qəbul edə bilər. Optimallaşdırılmış dizayn bərəyə enerji səmərəliliyi əlavə edib, o, limanda dayanarkən sahil enerjisindən istifadə etmək qabiliyyətinə malikdir ki, bu da ətraf mühitə tullantıları azaldır.

1962-ci ildə yaradılan və ailəyə məxsus “Stena Line” (Qərargah Göteborq, İsveç) Şimali Avropada 39 gəmisi və 18 marşrutu ilə ildə 25 000 səfər həyata keçirən Avropanın ən böyük bərə şirkətlərindən biridir. “Stena AB Grup”-una daxil olan “Stena Line” şirkətinin 5,1 min işçisi var və illik dövriyyəsi 14 milyard İsveç kronudur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır