Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

Türkmənistan Dəniz Ticarət Donanmasının gəmiləri ilə 1,4 milyon ton yük daşınıb

2024-cü ilin yanvar-iyul aylarında Türkmənistan Dəniz Ticarət Donanmasının gəmiləri ilə 1,4 milyon ton yük daşınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artım deməkdir.

“Seanews.az” xəbər verir ki, sözügedən dövrdə dəniz nəqliyyatı ilə həmçinin 3,3 mindən çox konteyner və 10,5 min avtomobil daşınıb.

Türkmənistan Dəniz Donanması İdarəsi 2010-cu ildə yaradılıb, 2015-ci ildə isə “Dəniz Ticarət Donanması” ASC-yə çevrilib. Şirkətin səhmdarları “Türkməndənizdəryayolları” agentliyi (səhmlərin 70%-i), Türkmənbaşı Beynəlxalq Dəniz Limanı (20%), “Dəryayolları” İB (9%), “Altın Asır” QSC-dir (1%).

Qeyd edək ki, 2023-cü ildə Türkmənistan Dəniz Ticarət Donanmasının gəmiləri ilə 19,7% artıq - 2,26 milyon ton yük daşınıb. Daşınan konteynerlərin sayı isə 4,5 min TEU təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır