Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Hamina-Kotka limanının yük dövriyyəsi azalıb

2024-cü ilin yanvar-sentyabr aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6% azalaraq 10,14 milyon tona düşüb.

“Seanews.az” xəbər verir ki, ixrac yüklərinin aşırılması 7,8% azalaraq 6,54 milyon ton təşkil edib. O cümlədən  1,6 milyon ton (+5,5%) kağız, 1,13 milyon ton (-12,5%) sellüloz, 1,64 milyon ton (-15,4%) toplu yüklər, 151,8 min ton (-42,3%) maye yüklər aşırılıb.

İdxal yüklərinin aşırılması 2,7% azalaraq 3,6 milyon ton olub. O cümlədən taxta aşırılması 1,83 milyon ton (+0,7%), toplu yüklərin aşırılması 310,8 min ton (+15,8%), maye yüklərin aşırılması  817,6 min ton (+6,7%), ümumi yüklərin aşırılması 338,6 min ton (-37,6%) təşkil edib.

Tranzit yükdaşıma  22,9% azalaraq 1,83 milyon tona, kabotaj yüklərinin aşırılması 24,7% azalaraq 131,24 min tona düşüb.

Limanın konteyner dövriyyəsi 433,14 min TEU (-5%) təşkil edib.

Hesabat dövründə limana 1684 gəmi yan alıb ki, bu da  gözlənildiyindən 3,1% azdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır