Barselona limanının xidmətlərindən 4,8 milyon sərnişin istifadə edib
İspaniyanın Barselona limanının yük dövriyyəsi 2024-cü ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 59 milyon tonu ötüb.
Liman administrasiyasının hesabatına əsasən, konteyner dövriyyəsi 21% artaraq 3,3 milyon TEU-ya çatıb.
İdxal olunmuş yüklü konteynerlərin aşırılması 8,2 faiz, ixrac konteynerlərin aşırılması 5,2 faiz artıb. ABŞ ilə konteyner dövriyyəsi 12,8%, Türkiyə ilə - 12,5%, Vyetnamla - 12,1%, Meksika və Niderlanla - 13,5%, Səudiyyə Ərəbistanı ilə - 11,5%, Çinlə - 10% artıb. Eyni zamanda, konteyner yüklərinin əsas hissəsi son iki ölkənin payına düşüb.
Hesabat dövründə dənəvər və toplu yüklərin aşırılması 11,7 milyon tona (+10,5%) çatıb. Neft və neft məhsullarının işlənməsi 2,9% artıb ki, bu da əsasən benzin (+55,3%) və dizel yanacağının (+9,7%) hesabına olub. Kimyəvi yüklərin aşırılması 2 milyon ton olub ki, bu da 112,8% deməkdir.
2024-cü ilin 10 ayı ərzində limanda Ro-Ro xətləri ilə Balear adaları, İtaliya və Tunis limanlarına çatdırılan 367 mindən çox yük maşını işlənib. Eyni zamanda, idxal edilən yeni avtomobillərin işlənməsi 13,3% azalaraq 566,5 min ədəd təşkil edib.
2024-cü ilin yanvar-oktyabr aylarında Barselona limanında sərnişin axını 4,8 milyon nəfərə (+2,2%) çatıb: təxminən 1,6 milyon sərnişin bərə (+0,6%), 3,2 milyon nəfər (+3,1%) kruiz gəmiləri ilə daşınıb.
“Seanews.az”