Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Qazaxıstan Əkəbə limanı vasitəsilə ixracı inkişaf etdirməkdə maraqlıdır

Qazaxıstan Respublikası öz mallarını İordaniya və Yaxın Şərq və Şimali Afrika ölkələri bazarlarına ixrac etmək üçün İordaniyanın Əkəbə limanının potensialından istifadə etməkdə maraqlıdır.

“Seanews.az” xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti Qazaxıstan-İordaniya hökumətlərarası komissiyasının 5-ci iclasının yekunlarına istinadən məlumat yayıb.

2023-cü ilin sonunda Qazaxıstan və İordaniya arasında ticarət dövriyyəsi 4,2 dəfə artaraq 6 milyon dollar təşkil edib.

İordaniya tərəfi alternativ nəqliyyat marşrutlarından, o cümlədən Xəzər dənizindən istifadə etməklə Qazaxıstan taxılını idxal edə bilər. İxracın çeşidini genişləndirmək üçün Qazaxıstan İordaniya bazarına 15 adda məhsul, o cümlədən buğda və digər kənd təsərrüfatı məhsulları üzrə qeyri-əmtəə mallarının tədarükünü artırmağa hazırdır.

Görüş iştirakçıları iki ölkənin işgüzar dairələri arasında birbaşa qarşılıqlı fəaliyyətin, o cümlədən ikitərəfli ticarət-iqtisadi missiyaların təşkili yolu ilə həyata keçirilməsinin zəruriliyini vurğulayıblar. Bu məqsədlər üçün iclasının gələn il Astanada keçirilməsi təklif olunan Qazaxıstan-İordaniya İşgüzar Şurasının işi intensivləşdiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır