Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-30,
Seanews
Heyder Eliyev

Çin-Avropa konteyner xidmətində ilk gəmi təyinat yerinə çatıb

Çin bazarını Avropa ilə birləşdirən yeni birbaşa ekspress xidmət üzrə fəaliyyət göstərən ilk konteyner gəmisi təyinat məntəqəsinə - Vilhelmshavendəki (Hamburq, Almaniya) Jade Veser konteyner limanına çatıb.

“Seanews.az” bu barədə “Sinxua” agentliyinə istinadən məlumat yayıb.

1700-dən çox konteynerlə limana yan alan  “KAWA Ninbo” gəmisinin (“KAWA Shipping” şirkəti tərəfindən idarə olunur) ilk səfəri  26 gün çəkib. Əvvəllər bu marşruta 45 gün vaxt gedirdi. Konteyner gəmisi ilk səfərinə dekabrın 30-da Çinin Ninbo-Çjouşan limanından çıxmışdı.

Çin istehsalı olan mallarla dolu gəminin gəlişi münasibətilə keçirilən mərasimdə Çinin Hamburqdakı baş konsulu “Bir kəmər, bir yol” logistika layihəsinin birgə inkişafının və regional əməkdaşlığın vacibliyini qeyd edib.

Konteyner xidməti 2024-cü il Çin Beynəlxalq İdxal Sərgisində imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində istifadəyə verilib. Gəmilər bu marşrutla ayda bir dəfə səfər edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır