Hedland limanından yanvarda 45,9 milyon tona yaxın dəmir filizi ixrac edilib
2025-ci ilin yanvarında Avstraliyanın Hedland limanının yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 46,5 milyon tona çatıb.
“Seanews.az” liman administrasiyasının məlumatına istinadən xəbər verir ki, yanvarda bu yükaşırma müəssisəsindən əsasən Çinə 45,9 milyon tona yaxın dəmir filizi ixrac edilib.
Qeyd edək ki, Hedland dəmir filizi ixracı üçün Avstraliyanın əsas limanıdır. 2024-cü ildə limanda 576,8 milyon ton yük aşırılıb ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 3,7% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır