2025-ci ilin yanvar-fevral aylarında Sinqapur limanının yük dövriyyəsi azalıb
2025-ci ilin yanvar-fevral aylarında Sinqapur limanının yük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 95,12 milyon ton təşkil edib.
“Seanews.az” liman administrasiyasına istinadən xəbər verir ki,neft yüklərinin işlənməsi 17% azalaraq 28,5 milyon ton, balker yüklərinin aşırılması isə 17% artaraq 4,95 milyon ton olub.
Hesabat dövründə 4,9 milyon ton ümumi konteynersiz yüklər aşırılıb. Bu da 10% artım deməkdir. Limanın konteyner dövriyyəsi 5,2% artaraq 6,81 milyon TEU-ya çatıb.
Qeyd edək ki, Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2024-cü ildə limanın yük dövriyyəsi 5,2% artaraq 622,7 milyon ton, konteyner dövriyyəsi 5,4% artaraq 41,1 milyon TEU təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır